Əflatun Amaşov: “Materialların belə təqdim olunnması gənclərin formalaşmasına mənfi təsir göstərir”
“Kriminal hadisələr media vasitəsilə insanların şüuruna təsir göstərir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə “Mediada kriminal hadisələrin işıqlandırılması: İctimai maraqlar və peşəkarlıq” mövzusunda keçirilən tədbirdə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.
“Kriminal xəbərlərin ölçüsüz-biçisiz verilməsi mətbuatın durumunda problemlər yaradır. Mətbuatda kriminal xəbərlərin çox olduğu ölkələrdə cinayətkarlığın səviyyəsi durmadan artır. Bəzi məqamlarda informasiyaların şişirdilməsi cəmiyyətdə qorxu xofu yaradır”.