CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın bu bölgəsi təəccübləndirməkdə davam edir

© Photo : ANAMA mətbuat xidmətiANAMA, Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları
ANAMA, Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumiyyətlə, 64 gün ərzində 14 694 ədəd partlamamış hərbi sursat (PHS), 6 795 ədəd partlamış-yanmış sursat qalıqları və 64 085 kq yandırma məhsulu aşkar edilərək götürülüb

BAKI, 9 noyavr — Sputnik. Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.

ANAMA-dan Sputnik Azərbaycan-a daxil olan məlumata əsasən, noyabrın 8-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 126 ədəd partlamamış hərbi sursat (PHS), 174 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 526 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 883 063 kv.m (88.31 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 64 gün ərzində 14 694 ədəd partlamamış hərbi sursat (PHS), 6 795 ədəd partlamış-yanmış sursat qalıqları və 64 085 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 62 328 885 kv.m (6 233 ha) ərazi yoxlanılıb.

Xəbər lenti
0