BAKI, 9 noyabr — Sputnik. Türkiyənin paytaxtı Ankarada İŞİD terror qruplaşmasına qarşı irimiqyaslı əməliyyat keçirilib.
Bu haqda Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir.
Məlumata görə, 1500 polisin iştirakı ilə keçirilən əməliyyat zamanı barələrində tutulma qərarı verilən 246 şübhəlidən 110-u saxlanılıb.
250 ünvanda aparılan axtarış zamanı qruplaşmaya aid sənədlər və digər materiallar aşkar edilib.