BAKI, 8 noyabr — Sputnik. Türkiyə uzun illərdir müzakirə edilən hava müdafiə sisteminin modernləşdirilməsinə dair tarixi addım atmağa hazırlaşır. Sputnik Azərbaycan "Milliyet"-ə istinadən xəbər verir ki, NATO-nun müdafiə nazirlərinin Brüsseldə keçiriləcək toplantısında İtaliya, Fransa və Türkiyə arasında bu istiqamətdə yekun sənəd imzalanacaq. Beləliklə də, 3 ölkə havadan müdafiə sistemlərinin inkişafında birgə çalışacaqlar.
Fransa-İtaliya tərəfindən hazırlanan "Avrozam-T" yeni nəsil hava müdafiə sistemlərinin istehsalı, inkişafı və ixracını nəzərdə tutan müqavilə Türkiyənin quru və dəniz məkanının havadan müdafiə tələbatını qarşılayacaq.
Qeyd edək ki, mövzu ilə bağlı artıq üç ilə yaxın idi ki, danışıqlar aparılırdı.