BAKI, 8 noyabr — Sputnik. ABŞ prezidenti Donald Tramp Cənubi Koreya parlamentində çıxış edib. Sputnik xəbər verir ki, Trampın hədəfində Şimali Koreya rəhbərliyi olub. O, rəsmi Pxenyana "bizi ucuza almayın, bizi sınamayın" deyərək, ABŞ və müttəfiqlərinin səbrinin tükəndiyini qeyd edib.
"Kim Çen Inın Koreyasında vəziyyət o qədər bərbaddır ki, hətta dövlət adamları belə ölkəni tərk edib xaricdə kölə kimi işləməyə razıdırlar. Bu xalq o cəhənnəmə layiq deyil" — Tramp deyib.
ABŞ prezidenti əlavə edib ki, Cənubi Koreya inkişaf etdikcə, Kim Çen Inın Şimali Koreyadakı nüfuzu daha da aşağı düşəcək.