Türk siyasətçidən "Galatasaray"la bağlı ağlasığmaz tələb

© AFP 2024 / OZAN KOSEQalatasaray futbol komandası
Qalatasaray futbol komandası - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət Baxçalı: "Əgər "Beşiktaş" meydana 11 xarici futbolçu ilə çıxsa onlara azarkeşlik etmərəm"

BAKI, 8 noyabr — Sputnik. Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı legioner futbolçu qaydaları ilə bağlı sərt açıqlama verib. Sputnik Azərbaycan bu barədə "Hürriyet"-ə istinadən xəbər verir. Türkiyə futbolunun çətin dövrdən keçdiyini deyən Baxçalı, Futbol Federasiyasını hərəkətə keçməyə çağırıb.

"Sizə "Galatasaray"dan misal çəkmək istəyirəm. Meydana 11 futbolçu çıxır, on biri də xarici. Üstəlik, məşqçi də xaricidir. Mən anlamıram, bu hansı ölkənin komandasıdır. "Galatasaray" fanatlarını düşünməyə çağırıram. Klub rəhbərliyi ya "Galatasaray"ın adını dəyişdirsinlər ya da türk futbolçulara meydanda şans versinlər" — Baxçalı bildirib.

MHP sədri fanatik Beşiktaş tərəfdarı olduğunu söyləyib və əlavə edib: "Mən "Beşiktaş"lıyam. Komandamı çox sevirəm. Amma əgər "Beşiktaş" meydana 11 xarici futbolçu ilə çıxsa onlara azarkeşlik etmərəm".

Xəbər lenti
0