BAKI, 8 noyabr — Sputnik. 2018-ci ilin dövlət büdcəsindən səhiyyə məsələlərinə 3,5 faiz vəsait ayrılıb və yəqin ki, bu, azdır.
Sputnik Azərbaycan xəbər verir ki, bunu millət vəkili Elmira Axundova Milli Məclisin komitələrinin birgə iclasında deyib.
Onun sözlərinə görə, poliklinikada tibb bacısının maaşı 110-120 manatdır. Professional həkimin maaşı isə 150-160 manatdır: "Axı, belə maaş olmaz. Bizim uşaqlarımız xaricdə təhsil alır və onlar qayıtmaq istəmirlər. Çünki onlar deyirlər ki, biz burada 200-300 manat maaşla necə işləyəcək, ailəmizi dolandıracağıq. Bu, çox ciddi məsələdir".
Millət vəkili deyib ki, səhiyyə işçiləri ələ baxımlılığı öyrənirlər ya da hansısa mənfi hallar baş verir: "Amma bizim çox gözəl həkim ordusu var, professional həkimlərimiz var. Onlar bu maaşa layiq deyillər".