CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Meydan sulanmadı, kluba sərt cəza verildi

© pixabay / 3844328 / footballФутбольное поле, фото из архива
Футбольное поле, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Neftçi" klubu azarkeşlərinin vurduğu ziyanı ödəməli olacaq

BAKI, 8 noyabr — Sputnik. AFFA-nın İntizam Komitəsi bu dəfə maraqlı qərarlar verib. Sputnik Azərbaycan AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 5 noyabrda 2017-2018 mövsümündə, XXVI Topaz Premyer Liqasının XI turunun "Zirə" – "Neftçi" matçında "Neftçi" klubunun azarkeşləri olan sektorda oturacaqlar sındırılıb. Stadiona dəymiş ziyan "Zirə" klubunun təqdim edəcəyi hesab əsasında "Neftçi" klubu tərəfindən ödəniləcək.

5 noyabr 2017-ci il, 2017/2018 mövsümündə, XXVI Topaz Premyer Liqasının XI turunun "Kəpəz" – "Qarabağ" matçında "Kəpəz" klubu meydanı sulamadığına görə klub 800 manat cərimə olunub.

Xəbər lenti
0