BAKI, 8 noyabr — Sputnik. Üç yaşınadək uşağı olan ailələrə verilən müavinətlər artırılsın və bu, 3 il müdətinə sabit saxlanılsın.
Sputnik Azərbaycan xəbər verir ki, bunu noyabrın 8-də Milli Məclisin komitələrinin birgə iclasında 2018-ci il üzrə dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov isə bildirib ki, 3 yaşınadək uşağı olan ailələrə verilən müavinətlərin artırılmasına baxıla bilər.