BAKI, 8 noyabr — Sputnik. Son vaxtlar dünyada haqqında ən çox danışılan adam olan "Space X" şirkətinin təsisçisi Elon Musk Türkiyəyə səfərə gəlib. Sputnik Azərbaycan NTV-yə istinadən xəbər verir ki, Elon Musk axşam saatlarında prezident Rəcəb Tayyib Ərdoğanın qəbulunda olub.
Ərdoğan-Musk görüşünün pərdə arxasında maraqlı bir məqam var. Belə ki, ötən həftə Türkiyə hökumətindən verilən açıqlamada qeyd olunurdu ki, dövlət yerli avtomobil istehsalına diqqəti daha da artıracaq. Elon Muskun sahib olduğu "Space X" şirkəti dünyada elektrikli avtomobillərin istehsalı ilə məşğul olan ən reytinqli şirkət hesab olunur.
Görüşün detalları barədə hələlik məlumat verilmir.