SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Əli Həsənov: “Bəzi türk deputatlar bizi incitdi”

© Sputnik / Murad OrujovAzərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov - Sputnik Azərbaycan
Abunə olmaq
Prezidentin köməkçisi: “Bu kimi halların olmamasını istərdik”

BAKI, 8 noyabr — Sputnik. "Türkiyəni təmsil edən 4 nəfərin Dağlıq Qarabağa qanunsuz səfəri və bəyanatları bizi nə qədər incitdisə, inanıram ki, sizi də, Türk dünyasının birliyini arzulayanları da o qədər incitdi".

Sputnik Azərbaycan APA-ya istinadən məlumatına görə, bunu Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Çukurova Bələdiyyələr Birliyinin  bələdiyyə rəhbərlərindən ibarət nümayəndə heyəti ilə görüşdə bildirib.

Ə. Həsənov Türkiyənin bəzi deputatlarının Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın əleyhinə olan qətnamənin qəbuluna səs vermələrinin də narahatlıq yaratdığını deyib: "Avropa Şurası Parlament Assambleyasında bəzi türk deputatların Azərbaycanın əleyhinə səs verməsi də bizi incitdi. Bu kimi halların olmamasını istərdik".

Xəbər lenti
0