BAKI, 8 noyabr — Sputnik. Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov noyabrın 10-da yenidən dindirilmək üçün Azərbaycanın Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Novosti-Azərbaycan-a məlumatlı mənbə bildirib.
Mənbənin sözlərinə görə, Mahmudovun bu dəfə saxlanılacağı ehtimalı var. "Güman ki, o, həbs olunacaq" — deyə mənbə bildirib.
Xatırladaq ki, sabiq nazir daha əvvəl 2 dəfə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) vəzifəli şəxslərinə qarşı irəli sürülən ittihamlarla əlaqədar Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılaraq ifadə verib.
Sözügedən cinayət işinə əsasən nazirliyin 7 vəzifəli şəxsinə qarşı AR Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309.1 (vəzifə səlahiyyələrini aşma) и 302.2 (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) maddələri ilə cinayət işi açılıb. Hazırda onların məhkəməsi davam edir və onlar haqqında həbs-qətimkan tədbiri seçilib.
Hazırda istintaq əməliyyat tədbirləri davam edir.
Azərbaycan prezidenti İlham Əliyevin 17 oktyabr 2015-ci il fərmanı ilə Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib.