BAKI, 8 noyabr — Sputnik. Dünyanın ən çox borcu olan ölkəsi məlum olub. Sputnik Azərbaycan “Haberler”ə istinadla xəbər verir ki, dünya hökumətlərinin ümumi borcu 63 trilyon dolları keçib. ABŞ 19 trilyon 940 milyard dollarla bu siyahıda ilk sırada yer alıb.
Bu siyahıda ABŞ-dan sonra Yaponiya və Çin gəlir. Belə ki, Yaponiya 11 trilyon dollarla ikinci sırada, Çin hökuməti isə 5 trilyon dollarla üçüncü yerdə qərarlaşıb.
Dördüncü və beşinci yerdə isə müvafiq olaraq 2 trilyon 454 milyon dollarla İtaliya, 2 trilyon 375 milyon dollarla Fransa yer alıb.