BAKI, 8 noyabr — Sputnik. Piylənmə ilə mübarizənin çox sadə üsulu tapılıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, məlum olub ki, qanda qlükozanın səviyyəsinə məsul olan asporosin hormonun konsentrasiyasını azaltmaq, aclığı azaltmağa kömək edir və qəbul etdiyiniz qida miqdarını azaldır.
ABŞ-da alimlərin müşahidələri zamanı məlum olub ki, anomal zəif iştaha sahib olan bəzi xəstələrin FBN1 genində mutasiya var. Və belə insanlarda normal insanlarda asporosin yaradan protein parçası olmur.
Hormonun hərəkətini daha da tədqiq etdikdən sonra, məlum olub ki, hipotalamusun tərkibində olan neyronlarla qarşılıqlı təsiri var. Tədqiqata görə, asprosin iki növ sinir hüceyrəsinə təsir göstərir AgRP neyronları iştahı stimullaşdırır və POMC neyronları onu qidalandırır. Nəticədə, hormon aclığı artırır, bədəni daha çox ərzaq tələb etməyə məcbur edir.
Araşdırmalar zamanı o da məlum olub ki, kök insanların qanında bu hormon yüksək olur. Araşdırmaçılar bildirib ki, artıq bu hormonu neytrallaşdırmaq üüçn vasitə tapılıb və ilk klinik testlər aparılıb.