BAKI, 8 noyabr — Sputnik. Almaniya hökuməti dünya tarixində bir ilkə imza atdı. Ali Məhkəmənin tələbi ilə, ölkə parlamenti üçüncü cins insan təbəqəsini rəsmən tanıyıb. Beləliklə, "interseks" adlanan və özünü heç bir cinsdən görməyən vətəndaşlar dövlət tərəfindən rəsmən tanınmış olub. Lakin Ali Məhkəmənin təklifi əsasında Bundestaqda qəbul olunan qərar, 2018-ci ilin sonundan etibarən qüvvəyə minəcək.
Sputnik Azərbaycan "İndependent"-ə istinadən xəbər verir ki, Ali Məhkəmənin təklifinə digər instansiya məhkəmələri etiraz ediblər. Onlar bu qərarın ağlasığmaz olduğunu bildiriblər.
Mövzu ilə bağlı açıqlama verən Almaniyanın Daxili İşlər Nazirliyinin sözçüsü Yohannes Dimros, hökumətin yeni qanunu həyata keçirməyə hazır olduğunu söyləyib.