Separatçı bölgə yenə ayağa qalxıb

© REUTERS / Albert Geaİspaniyanın Kataloniya bölgəsində on minlərlə insan, siyasi həbslərə etiraz etmək üçün mitinq keçirir
İspaniyanın Kataloniya bölgəsində on minlərlə insan, siyasi həbslərə etiraz etmək üçün mitinq keçirir - Sputnik Azərbaycan
Abunə olmaq
Bölgədə ümummilli tətil elan edilib, vağzal binası ələ keçirilib

BAKI, 8 noyabr — Sputnik. Kataloniyada yerli siyasətçilərin həbsinə etiraz edən minlərlə vətəndaş etiraz aksiyası keçirir. Sputnik Azərbaycan "Daily Mail"-ə istinadən xəbər verir ki, etirazçılar magistral yollara barrikadalar quraraq, avtomobillərin hərəkətinə mane olur. Geniş aksiyalar daha çox Barselona şəhərində keçirilir.

Kataloniya polisi mitinq iştirakçılarını dağıtmağa çalışır. Bundan başqa, etirazçılar yüksək sürətli qatarların hərəkət etdiyi Jiron vağzalının binasını ələ keçiriblər.

Ümummilli tətil elan edilib. Aksiyaya həmkarlar ittifaqları təşkilatları da qoşulub.

Xəbər lenti
0