CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın Əfqanıstan əməliyyatındakı rolu müzakirə obyektidir

© Sputnik / Murad OrujovMüdafiə naziri general-polkovnik Zakir Həsənov
Müdafiə naziri general-polkovnik Zakir Həsənov - Sputnik Azərbaycan
Abunə olmaq
Toplantıda müdafiə nazirinin Azərbaycanın Əfqanıstandakı beynəlxalq sülhməramlı əməliyyatların dəstəklənməsi missiyasına verdiyi töhfə müzakirə olunacaq

BAKI, 7 noyabr — Sputnik. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov NATO-nun Əfqanıstandakı "Qətiyyətli Dəstək" missiyasına töhfə verən dövlətlərin Müdafiə nazirləri səviyyəsində noyabrın 9-da keçiriləcək görüşündə iştirak etmək üçün Brüssel şəhərinə (Belçika Krallığı) yola düşəcək.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, toplantıda müdafiə nazirinin Azərbaycanın Əfqanıstandakı beynəlxalq sülhməramlı əməliyyatların dəstəklənməsi missiyasına verdiyi töhfə, habelə Əfqanıstanla müdafiə və təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlıq mövzusunda çıxışı nəzərdə tutulub.

Xəbər lenti
0