CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Adı qalmaqalda hallanan mühafizə xidmətindən təkzib: Lisenziyamız alınmayıb, sadəcə...

© AFP 2024 / Anthony WallaceСотрудник охранной фирмы, фото из архива
Сотрудник охранной фирмы, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
F.Mədətov qeyd edib ki, şirkət fəaliyyətini davam etdirir

BAKI, 7 noyabr — Sputnik. Dünən mətbuatda "Riyad" Mühafizə Xidmətinin lisenziyası ləğv olunması barədə məlumat yayılmışdı. Məlumatda xidmətin fəaliyyət göstərmək hüququnun əlindən alındığı qeyd olunurdu.

"Riyad" Mühafizə Xidmətinin mətbuat xidmətinin rəhbəri Fuad Mədətovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, yayılan məlumat tamamilə yanlışdır və mühafizə xidmətinin lisenziyası ləğv olunmayıb: "RMX-nin baş idarə rəisi Etibar Qasımov Daxili İşlər Nazirliyinə məktubla müraciət edərək, sözügedən qurumun adının dəyişdirilməsinə icazə istəyib. Lisenziya olduğu kimi qalıb, yalnız qurumun adı dəyişiləcək. Hazırda qurumun adı təsdiq olunmayıb. Yaxın günlərdə bu barədə də ictimaiyyətə ətraflı məlumat veriləcək".

F.Mədətov onu da qeyd edib ki, şirkət fəaliyyətini davam etdirir.

Xəbər lenti
0