CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Onların təqaüdü artıb…

© Sputnik / Maksim Blinov / Mediabanka keçidОбучение планшетной грамоте пожилых людей, фото из архива
Обучение планшетной грамоте пожилых людей, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Artımlara yönəldilən əlavə vəsaitin aylıq məbləği 1, 35 mln. manat təşkil edib

BAKI, 7 noyabr — Sputnik. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa edilmiş son dəyişikliklər nəticəsində işləyən pensiyaçıların pensiyalarında əhəmiyyətli artımlar olub. Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev məlumat verib. O, bildirib ki, işləyən yaşa görə əmək pensiyaçılarından bu günədək artıq 7,7 min nəfərin aylıq pensiyası orta hesabla 175,7 manat artırılıb.

Babayev bildirib ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə 01 iyul 2017-ci il tarixdən edilmiş dəyişikliklərə əsasən, yaşa görə pensiya təyin olunmuş şəxs işləməkdə davam edərsə, hər 6 ildən bir onun hesabında toplanmış sosial sığorta haqqı 72-yə (6 il × 12 ay) bölünərək onun pensiyasının üzərinə gəlinir.

Halbuki 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş qanun yaşa görə pensiyaya çıxmış şəxslərə pensiya təyin olunduqdan sonra uzun illər işləmələrinə və müəyyən məbləğdə kapital toplamalarına baxmayaraq pensiyalarını işlədikləri dövrdə yenidən hesablatdırmağa imkan vermirdi amma "Əmək pensiyaları haqqında" Qanuna edilmiş son dəyişikliklər bu məhdudiyyətin aradan qalxmasına səbəb olub.

Həmin dəyişikliklərə uyğun olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər və rayon şöbələri tərəfindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox müddətdə işləyən şəxslərin müraciətləri əsasında onların pensiyalarının yenidən hesablanaraq artırılması həyata keçirilir. Bu günədək respublika üzrə 7 692 nəfər pensiyaçı bu hüquqdan yararlanıb və onların pensiyasının aylıq məbləği orta hesabla 175,7 manat artırılıb. Artımlara yönəldilən əlavə vəsaitin aylıq məbləği isə 1, 35 mln. manat təşkil edib.

Xəbər lenti
0