CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məşhur şirkət rəhbərinin oğlu həbs edildi

© Photo : Instagram / nurhanaliyevNurxan Əliyev
Nurxan Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Polisin "Saxla!" əmrinə tabe olmayan sürücü ikinci "Saxla!" əmrindən sonra avtomobili dayandırıb

BAKI, 7 noyabr — Sputnik. Nəsimi rayon Məhkəməsində polisin əmrinə tabe olmamaqda təqsirləndirilən “Nurgun Motors" şirkətlər qrupunun rəhbəri Nuru Əliyevin oğlu Nurxan Əliyevin məhkəmə prosesi keçirilib. Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hakim Elman İsayevin sədrlik etdiyi iclasda qərar qəbul edilib. Qərara görə, N.Əliyev 15 gün müddətinə inzibati qaydada azadlıqdan məhrum edilib.

N. Əliyev İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin əmrinə tabe olmama) maddəsinə əsasən ittiham edilib.

Xatırladaq ki, noyabrın 5-dən 6-na keçən gecə Bakının Nəsimi rayonu ərazisində Yol Patrul Xidmətinin (YPX) əməkdaşları ilə avtomobil sahibi arasında insident baş verib. "İnfiniti" markalı avtomobilin sərnişini Əliyev Nurxan Nuru oğlu yol ilə paralel hərəkət edən YPX avtomobilində olan polisləri təhqir edib. Polisin "Saxla!" əmrinə tabe olmayan sürücü ikinci "Saxla!" əmrindən sonra avtomobili dayandırıb.

Xəbər lenti
0