BAKI, 7 noyabr — Sputnik. Dünya bazarında neftin qiyməti sürətlə artır. Sputnik Azərbaycan xəbər verir ki, qiymət Səudiyyə Ərəbistanında cərəyan edən hadisələr fonunda yüksəlir.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə 57,29 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 64,19 dollar olub.
Azərbaycanın "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 2,58 dollar və ya 4,06% artaraq 66,20 dollar təşkil edib.