BAKI, 7 noyabr — Sputnik. İraqın şimalındakı Kürd Regional Hökumətinin keçmiş rəhbəri Məsud Bərzani vəzifə səlahiyyətinin bitməsindən sonra ilk dəfə danışıb. Sputnik Azərbaycan "Sözcü"-yə istinadən xəbər verir ki, Bərzani müstəqillik referendumunu keçirdiyi üçün peşman olmadığını deyib.
“Referendumla bağlı verdiyim qərardan peşman deyiləm. Açığı, Kürdüstan ərazisinə hücum gözləmirdik. Birləşmiş Ştatlar kürdlərlə olan münasibətlərini nəzərə alaraq hücumlara icazə verməməli idi” – sabiq lider bildirib.