CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

BNA hərəkətə keçib: tıxaclar aradan qaldırılacaq

© Sputnik / Anar MustafayevДвижение транспорта в Баку, фото из архива
Движение транспорта в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Təklif baxılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına təqdim edilib

BAKI, 7 noyabr — Sputnik. Bakı Nəqliyyat Agentliyi nəqliyyat vasitələrinin hərəkətində günün pik saatlarında sıxlıq müşahidə edilən ərazilərin təhlil edilərək araşdırılması işlərini davam etdirir. Bu çərçivədə Təbriz və İ.Həsənoğlu küçələrinin kəsişməsi araşdırılb, mövcud problemlərin həlli üçün təkliflər hazırlanıb. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, İ.Həsənoğlu küçəsindən Təbriz küçəsi istiqamətində yolun iki hərəkət zolağından ibarət olması və sol zolağın sola dönən nəqliyyat vasitələri tərəfindən zəbt edilməsi, sola dönən və düzünə hərəkət edən nəqliyyat vasitələrinin svetoforun eyni fazasında hərəkət etmələri qeyd edilən yolayrıcında günün pik saatlarında sıxlığın yaranmasına səbəb olur. Eyni zamanda, Təbriz küçəsində piyada keçidinin olmaması piyadaların təhlükəsiz hərəkətinə imkan vermir.

Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri Həsənoğlu küçəsindən qərb və şərq istiqaməti üzrə cib şəkilli xüsusi sola dönmə zolağının təşkil edilməsi və sola dönən nəqliyyat vasitələrinin hərəkətinin kanallaşdırılması barədə təklifi hazırlayıblar. Təklifdə həmçinin, svetofora sola dönmə fazasının əlavə edilməsi, Təbriz küçəsində piyada keçidinin təşkili də öz əksini tapıb.

Təkliflərin reallaşması ilə Həsənoğlu-Təbriz küçələrində nəqliyyat ləngimələrinin aradan qalxması, yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin artırılması, piyadalarının rahatlığının təmin edilməsi mümkün olacaq.

Təklif baxılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına təqdim edilib.

Xəbər lenti
0