Elnur Sadıqov: “Manatın gələcəkdə yeni aspektdən çıxış etməsi gözləniləndir”
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov ilin sonuna kimi manatın bahalaşmasını istisna etməyib. O deyib ki, müsbət tendensiyalar manatın bahalaşmasının potensialının daha çox olduğunu göstərir.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan manatının güclənməsi beynəlxalq tədiyyə balansındakı yerinin möhkəmlənməsi ilə bağlıdır:
“Manatın kursunun möhkəmlənməsinə ölkədə aparılan idxal və ixrac əməliyyatlarının da təsiri var. Manatın gələcəkdə yeni aspektdən çıxış etməsi gözləniləndir. Xarici ölkə valyutalarının dəyərinin ölkəmizdə kəskin şəkildə aşağı düşməsi gözlənilmir”.