BAKI, 7 noyabr — Sputnik. 9 noyabr — Dövlət Bayrağı Günü münasibəti ilə "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.
"ASAN xidmət"in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 10 noyabr tarixindən etibarən isə vətəndaşlar "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.