BAKI, 6 noyabr — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın Texas ştatında törədilmiş qətliamla bağlı amerikalı həmkarı Donald Trampa başsağlığı məktubu göndərib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, məktubda deyilir:
Hörmətli cənab Prezident,
Texasda baptist kilsəsinə silahlı hücum nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər məni son dərəcə sarsıtdı.
Bu faciəli hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.