BAKI, 6 noyabr — Sputnik. Dörd gündə Vyetnamın mərkəzi bölgələrini vuran "Damri" tayfunun qurbanları 44 nəfər olub, 19 nəfər itkin düşüb.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, baş verən təbii fəlakətlərin nəticələrinə qarşı mübarizə üzrə Milli Koordinasiya Şurasının məlumatına görə, ağır yağışlar və daşqınlar nəticəsində 40 mindən çox yaşayış binası su altında qalıb, 30 mindən çox adam evini tərk etmək məcburiyyətində qalıb. lərini tərk etmək məcburiyyətində qaldı. Bir çox rayonlarda elektrik enerjisinin verilməsi dayandırılıb.
Məlumatlara görə, 40 min hektar ərazi, dəmiryolları, avtomagistrallar su altında qalıb.
Qeyd edək ki, bu tayfun dəymiş zərərə görə, son 20 ildə ölkədə ən böyük təbii fəlakət hesab edilir.
Xatırladaq ki, sentyabr ayında Vyetnam, rus turistlərin Cənub-Şərqi Asiyada ən çox üz tutduğu cazibədar ölkə idi.