BAKI, 6 noyabr — Sputnik. ABŞ prezidenti Donald Tramp Yaponiyaya Şimali Koreyanı vurmaq üçün ABŞ-dan silah almağı məsləhət görüb.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bunu Amerika prezidenti Yaponiya baş naziri ilə görüşdə deyib. O, bildirib ki, Yaponiya ABŞ-dan yeni silahlar aldığı təqdirdə Şimali Koreyanı vura bilər: "Əgər Yaponiya ABŞ-dan yetərli qədər hərbi silah-sursat alarsa, o Koreyanı çox asanlıqla yerlə- yeksan edə bilər".
Yaponiyanın baş naziri Sindzo Abe isə öz növbəsində ABŞ-dan silah-sursat almağı düşündüyün bildirib.