CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Azərbaycan Sənaye Korporasiyası”nın rəhbərliyinə təyinatlar

© Photo : REPORTNatiq Əmirov
Natiq Əmirov - Sputnik Azərbaycan
Abunə olmaq
Natiq Ərziman oğlu Əmirov “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri təyin edilib

BAKI, 6 noyabr — Sputnik. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinə təyinatlar olub. Sputnik Azərbaycan-ın dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla Natiq Ərziman oğlu Əmirov “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri təyin edilib.

Prezidentin digər Sərəncamı ilə Kamran Telman oğlu Nəbizadə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru təyin olunub.

Xəbər lenti
0