BAKI, 6 noyabr — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərə hazırlaşır. Bu barədə Sputnik Türkiyə xəbər verir. Məlumata görə, Ərdoğan noyabrın 13-də Rusiyanın Soçi şəhərinə 1 günlük səfər edəcək.
Məlumatı Kreml yayıb. Mətbuat xidmətindən verilən məlumata görə, Putin və Ərdoğan Soçidə təkbətək görüş keçirəcəklər. Əsas mövzu isə Suriyadakı hadisələr olacaq.
Ayın 14-ü isə Ərdoğan Rusiyadan birbaşa Küveytə gedəcək.