SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanda seçkiyə müdaxilə edənlərə sərt cəzalar gəlir

© AFP 2024 / RICHARD BOUHETГолосование на выборах, фото из архива
Голосование на выборах, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Cinayət Məcəlləsinin 160-cı maddəsinə dəyişiklik edilib

BAKI, 6 noyabr — Sputnik. Cinayət Məcəlləsinin 160-cı maddəsinə (Seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə) yeni cəza növü olan azadlığın məhdudlaşdırılması əlavə olunub.

Sputnik Azərbaycan-ın məlumatına görə, təklif olunan variantda deyilir ki, eyni hərəkətlər: ələ alma, aldatma, hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə; qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə — 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Mövcud variantda isə göstərilir ki, eyni hərəkətlər: ələ alma, aldatma, hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə; qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə — 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd edək ki, dəyişiklik oktyabrın 20-də parlamentin iclasında birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0