Həbslər, istefalar, qarşılıqlı hədələr: Yaxın Şərq yeni qlobal müharibəyə hazırlaşır

© REUTERS / Mohamed AzakirSəid Həriri
Səid Həriri - Sputnik Azərbaycan
Abunə olmaq
Səid Həririnin istefası ilə bağlı Səudiyyə Ərəbistanının "Əş-Şərq əl-Əsvat" qəzeti maraqlı iddia ortaya atıb

BAKI, 6 noyabr — Sputnik. "Həyatım təhlükədədir, mənə qarşı sui-qəsd olacağını hiss edirəm" deyərək istefa verən Livanın baş naziri Səid Həririyə ordudan cavab verilib.

Livan Silahlı Qüvvələrinin Baş Qərargahı, belə bir şeyin olmadığını açıqlayıb: "Aparılan araşdırmalar və əldə etdiyimiz kəşfiyyat məlumatları, ölkədə sui-qəsd hazırlığının olmadığını göstərir".

Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, Səid Həririnin istefası ilə bağlı Səudiyyə Ərəbistanının "Əş-Şərq əl-Əsvat" qəzeti maraqlı iddia ortaya atıb. Qəzetin məlumatına görə, sui-qəsd olacağı ilə bağlı xəbərdarlığı baş nazirə Qərb kəşfiyyatı ötürüb.

Bu arada Səudiyyə Ərəbistanının Körfəz İşləri naziri Tamər əl-Sabhan da, sui-qəsdə hazırlığın doğru olduğunu söyləyib. O, bu barədə Livanın "Future" telekanalına danışıb. "Biz İran kimi terrorçu dövlət deyilik. Livandakı fərqli düşüncələrə də hörmətlə yanaşırıq" — əl-Sabhan deyib.

Qeyd edək ki, Səid Həriri hazırda Səudiyyə Ərəbistanının paytaxtı Riyaddadır. Livanın prezidenti Mişel Aun hələlik baş nazirin istefasını qəbul etməyəcəyini bildirib. "Həriri ölkəyə qayıdana və səbəbini söyləyənədək onun istefası qəbul olunmayacaq" — prezident iqamətgahından bildirilib.

Xəbər lenti
0