Hər kəs öz sərəhədini biləcək

© © KarikaturaBölək, görək, kimə nə düşür?
Bölək, görək, kimə nə düşür? - Sputnik Azərbaycan
Abunə olmaq
Bundan sonra hər bir bələdiyyə öz ərazisini dəqiq tanıyacaq

Respublikanın 12 rayonunda torpaqların elektron kadastr uçotu işlərinin məlumatlarına istinad etməklə yeni bələdiyyə xəritələrinin hazırlanmasına başlanılıb.

Bələdiyyə torpaqlarının elektron kadastr məlumat bazasında torpaq sahələrinin mülkiyyət növləri, həndəsi ölçüləri, sərhədləri, konfiqurasiyası, torpaqların kəmiyyət və keyfiyyət göstəriciləri əks olunub. Ölkə üzrə torpaq uçotu işlərinin 2020-ci ilədək yekunlaşdırılması nəzərdə tutulur.

Bəzi bələdiyyələrin ərazisində yeni yerdəyişmələr olur. Məsələn, şəhərdə və ya rayonda müəyyən kəndlər arasındakı mübahisəli torpaqlar məsələsi həllini tapır. Yəni, hansı bələdiyyənin hansı torpağa malik olması ilə bağlı məsələ həllini tapır. Tez-tez bu xəritələr üzərində dəyişikliklər aparılır. Bələdiyyələrin xəritələri bəlli olduqdan, tam olaraq oturuşduqdan sonra hər bir bələdiyyə öz ərazisini dəqiq tanıyacaq.

Xəbər lenti
0