Separatçıların lideri Türkiyəyə səsləndi

© REUTERS / Azad LashkariNəçirvan Bərzani
Nəçirvan Bərzani - Sputnik Azərbaycan
Abunə olmaq
"Mövcud problemlərin həlli üçün Türkiyə də daxil olmaqla, bütün ölkələrlə dialoq qurmaq istəyirik"

BAKI, 6 noyabr — Sputnik. Sentyabrın 25-də İraqın şimalında keçirilən müstəqillik referendumundan sonra gərginləşən Ərbil-Ankara münasibətləri yenidən düzələ bilər. Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, İraqın şimalındakı regional rəhbərliyin baş naziri Nəçirvan Bərzani Ankaraya dialoq təklif edib.

"Türkiyə çətin zamanlarda qapılarını bizim üzümüzə açdı. Mövcud problemlərin həlli üçün Türkiyə də daxil olmaqla, bütün ölkələrlə dialoq qurmaq istəyirik" – Bərzani bildirib.

Qeyd edək ki, sentyabrın 25-də İraqın şimalındakı kürd regional rəhbərliyi İraq, Türkiyə və İranın xəbərdarlıqlarına baxmayaraq müstəqillik referendumu keçirmiş, İsraildən savayı heç bir dövlət onların müstəqilliyinə dəstək verməmişdi. Daha sonra İraq ordusu İran və Türkiyənin dəstəyilə regional rəhbərliyin nəzarətindəki bir çox şəhəri, o cümlədən Kərkük, Süleymaniyə və Mosulu geri almışdı.

Xəbər lenti
0