Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Paytaxtda keçmiş baş prokurorun qardaşını öldürdülər

© Sputnik / Baktiyar BerdibekovAida Salyanovanın qardaşı qətlə yetirildiyi yer
Aida Salyanovanın qardaşı qətlə yetirildiyi yer - Sputnik Azərbaycan
Abunə olmaq
Keçmiş baş prokuror hazırda hadisə yerindədir

BAKI, 6 noyabr — Sputnik. Ötən gecə Bişkekdə Qırğız Respublikasının keçmiş baş prokuroru Aida Salyanovanın qardaşı qətlə yetirilib.

Bu barədə Sputnik Qırğızıstan məlumat verir.

42 yaşlı Ulan Salyanovun evinə daxil olan maskalı şəxslər onu güllələyiblər.

Keçmiş baş prokuror hazırda hadisə yerindədir.

Daxili İşlər Nazirliyi hadisənin siyasi motivli olmadığını bildirib. Maraqlıdır ki, Salyanov öldürüləndə onun həyat yoldaşı da evdə olub. Həyat yoldaşı qatillərin əvvəlcə Ulanı döydüklərini, daha sonra güllələdiklərini bildirib.

Cinayətkarlar hələ yaxalanmayıb.

Xəbər lenti
0