BAKI, 6 noyabr — Sputnik. Oktyabrın 29-dan "Buta Airways" şirkətinin uçuşlarını Heydər Əliyev Beynəlxalq Hava Limanının 2-ci terminalından həyata keçirməsi ilə əlaqədar olaraq, "BakuBus"a məxsus Hava Limnı ekspress xəttin avtobusları üçün 2-ci terminalın qarşısında əlavə dayanacaq təşkil olunub. Bu barədə Sputnik Azərbaycan-a "BakuBus"-un mətbuat xidmətinin rəhbəri Mansur Piriyev məlumat verib. O, bildirib ki, artıq sərnişinlər həm 1-ci, həm də 2-ci terminalların qarşısından ekspress xəttin xidmətlərindən istifadə edə bilər.
Qeyd edək ki, avtobuslarımız 6:00-dan 20:00-dək yarım saatlıq, 21:00-dan 6:00-dək isə bir saatlıq intervalla Heydər Əliyev Beynəlxalq Hav Limanı və Bakı Dәmir Yolu Vağzalı istiqamətində hərəkət edir.