BAKI, 6 noyabr — Sputnik. Yasamal rayonu Z.Xəlilov küç. 36A, 36B, 36V, Ə.Cəmil küç. 23, 25, 27 və Şəhriyar küç. 5 ünvanlarında yaşayan sakinlər həyətlərində yeni bina tikən "Elite City" şirkətinə fərqli şəkildə etiraz ediblər. Sakinlərin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, onlar axşam saatlarında öz etirazlarını yazaraq binanın üzərindən asıblar.
Sakinlər bildirir ki, şirkət bu gün həyətdə olan su anbarını artıq söküb və beləliklə, tikinti prosesinin bir mərhələsini həyata keçirib. Lakin Dövlət Arxitektura Komitəsinin 31 oktyabrda verdiyi arayışa görə isə, ərazidə yaşayış binasının tikilməsinə razılıq verilməyib. Sakinlər həmin arayışın surətini redaksiyamıza göndəriblər.
Qeyd edək ki, material nəşrə hazırlanarkən o da məlum oldu ki, sakinlərdən biri həmin binanın damına çıxaraq tələbləri yerinə yetirilməyəcəyi təqdirdə özünü oradan aşağı atacağını bildirib. Həmin anın videogörüntüsünü təqdim edirik: