1967-ci il noyabrın 6-da Bakı şəhərində metropolitenin 5 stansiyası — Bakı Soveti, 26 Bakı Komissarı, 28 Aprel, Gənclik və Nəriman Nərimanov stansiyaları və 9.2 km-lik yeraltı xətləri olan birinci növbəsi istismara verilir.
Bu gün Bakı Metropoliteni QSC yaradılmasının 50 illik yubileyini qeyd edir. Yarım əsr yaşı olan metropoliten hər gün yüz minlərlə sərnişini mənzil başına çatdırır.