BAKI, 6 noyabr — Sputnik. Türkiyədə Ardahan vilayətində azərbaycanlı qadın öldürülüb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, azərbaycanlı qadın əyləncə mərkəzindəki otağında tapança ilə vurularaq öldürülüb.
Hadisə noyabrın 2-də Ardahandakı Qaradağ məhəlləsində baş verib. Silah səslərinə otağa daxil olan əyləncə mərkəzinin işçiləri, 26 yaşlı azərbaycanlı Aydan B.-nin vurulduğunun şahidi olublar. Aydan B.-nin cəsədi Qars Harakani Dövlət Xəstəxanasının morquna təhvil verilib.
Hadisə ilə bağlı 11 nəfər şübhəli şəxs qismində polis tərəfindən saxlanılıb. Gənc qadının vurulduğu tapança da ələ keçirilib.
Faktla bağlı araşdırılma aparılır.