BAKI, 6 noyabr — Sputnik. Azərbaycanda "Facebook" istifadəçilərinin şəxsi məlumatları lokallaşdırılacaq. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Trend-ə "Azintelecom" şirkətindən məlumat verilib.
Şirkət hazırda istifadəçilərin məlumatlarının ehtiyat mərkəzinin yaradılması üzərində iş aparır ki, bu da gələcəkdə Azərbaycanda "Facebook" istifadəçilərinin şəxsi məlumatlarını lokallaşdırmağa imkan verəcək.
Şirkət nümayəndəsinin sözlərinə görə, məlumatların coğrafi rezervləşdirilməsi istifadəçilərin şəxsi məlumatlarının ikiqat təhlükəsizliyini təmin etməyə imkan verəcək.
"Internet World Stats"ın məlumatına görə, Azərbaycanda "Facebook" istifadəçilərinin sayı 2016-cı ilin statistikasına görə, 1,8 milyon nəfər təşkil edir.