"Təəssüf ki, mənim ölkəmdə əqli çatışmazlıq pik həddə çatıb"

© REUTERS / Mohammad KhursheedСотрудники правоохранительных органов США на месте стрельбы у церкви Сатерленд Спрингс в Техасе, 5 ноября 2017 год
Сотрудники правоохранительных органов США на месте стрельбы у церкви Сатерленд Спрингс в Техасе, 5 ноября 2017 год - Sputnik Azərbaycan
Abunə olmaq
Yaponiyada rəsmi səfərdə olan prezident, bu ölkənin baş naziri Şinzo Abe ilə görüşündə Şimali Koreya məsələsinə də toxunub

BAKI, 6 noyabr — Sputnik. ABŞ prezidenti Donald Tramp, Texas ştatında kilsədə baş verən qətliamla bağlı maraqlı açıqlama verib. Sputnik Azərbaycan CNN-ə istinadən xəbər verir ki, Tramp, son dövrlər Amerikada əqli çatışmazlığın pik həddə çatdığını söyləyib.

"Problem fərdi silahlanmada deyil. Təəssüf ki, mənim ölkəmdə son vaxtlar əqli çatışmazlıq, əvvəllər heç olmadığı qədər çoxalıb" — o bildirib.

Yaponiyada rəsmi səfərdə olan prezident, bu ölkənin baş naziri Şinzo Abe ilə görüşündə Şimali Koreya məsələsinə də toxunub. O, Pxenyan rəhbərliyinə olan səbrinin tükəndiyini deyib.

"Şimali Koreya rəhbərliyi sivil, mədəni dünyaya açıq-aşkar təhdiddir. Artıq səbr kasamız dolub. Əslində Ş.Koreya xalqı mükəmməldir. Sadəcə olaraq zalım, diktator rejimin təsiri altındadır" — Ağ Ev rəhbəri qeyd edib.

 

Xəbər lenti
0