SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Seçici siyahıları ilə bağlı dəyişiklik seçki sistemini kökündən dəyişəcək

© Sputnik / Murad OrujovЗдание Центральной избирательной комиссии Азербайджана
Здание Центральной избирательной комиссии Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Vətəndaşların seçici siyahısına daxil edilməsi qaydası da dəyişdirilir

BAKI, 5 noyabr — Sputnik. Azərbaycanda vətəndaşların seçici siyahısına daxil edilməsi və seçici siyahısından çıxarılması qaydasında dəyişiklik edilir.

Modern.az-ın məlumatına görə, bununla bağlı Seçki Məcəlləsinin 47-ci maddəsinin (vətəndaşların seçici siyahısına daxil edilməsi və seçici siyahısından çıxarılması) 47.9-cu bəndinədəyişiklik edilir.

Təklif olunan dəyişikliyə görə, seçici siyahıları ümumi tanışlıq üçün təqdim edildikdən sonra seçki məntəqəsinin ərazisində məskunlaşan və hər hansı səbəbdən siyahılara daxil edilməyən seçicilər şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd, zərurət olduqda isə həmçinin seçicinin həmin seçki məntəqəsi ərazisində daha çox yaşamasını təsdiq edən sənədlər əsasında məntəqə seçki komissiyası tərəfindən seçici siyahılarına əlavə edilirlər.

Hazırki qanunvericilikdə isə qeyd edilib ki, seçici vəsiqələri paylandıqdan və seçici siyahıları ümumi tanışlıq üçün təqdim edildikdən sonra seçki məntəqəsinin ərazisində məskunlaşan və hər hansı səbəbdən siyahılara daxil edilməyən seçicilər şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd, zərurət olduqda isə həmçinin seçicinin həmin seçki məntəqəsi ərazisində daha çox yaşamasını təsdiq edən sənədlər əsasında məntəqə seçki komissiyası tərəfindən seçici siyahılarına əlavə edilirlər.

Seçki Məcəlləsinə dəyişiklik Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.

Xəbər lenti
0