Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İbrahimov: “Sahibkarlıq subyektlərində yoxlamalar aparılmalıdır”

© Photo : UNECMüslüm İbrahimov
Müslüm İbrahimov - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov deyir ki, yoxlamaların daha dərin və böyük məqsədləri var

Müslüm İbrahimov: “Yoxlamalar təkcə cəzalandırmaq məqsədi daşımır”
“Sahibkarlıq subyektlərində yoxlamaların aparılması zərurətdir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov deyib.

“Yoxlamalar ona görə aparılmalıdır ki, dövlət sahibkarlıqda mövcud olan çatışmazlıqlar barədə mütəmadi olaraq məlumatlana bilsin. Yoxlamalar təkcə cəzalandırmaq demək deyil. Bəzən qanuna zidd situasiyaların yarandığı hallarda olur. Yoxlamaların daha dərin və böyük məqsədləri var” — deyə o bildirib.

Qeyd edək ki, Milli Məclisin oktyabrın 20-də keçirilən iclasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanununun layihəsi müzakirə olunub. 

Xəbər lenti
0