BAKI, 5 noyabr — Sputnik. Hindistanlı gənc 600-dən çox mıxı udub. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Kəlküttə Tibb kollecinin həkimləri gəncin mədəsindən 5 santimetrlik 639 ədəd mıx çıxarıblar. Kütlənin çəkisi 1,3 kiloqrama yaxın olub.
Kişi xəstəxanaya mədə ağrıları və qusma şikayəti ilə gətirilib. Müayinələrədn sonra məlum olub ki, xəstənin bağırsaqları mıxla dolub. 2 saat davam edən əməliyyat zamanı həkimlər onun qarnında 10 santimetrlik yer açaraq maqnit yardımı ilə onun bağırsaqlarından metal predmetləri və torpaq parçalarını çıxarıblar. Həkimlərin sözlərinə görə, mıxların iti uclu olmasına baxmayaraq onlar xəstənin orqanlarına heç bir zərər verməyib.
Bildirilib ki, xəstə şizofreniyadan əziyyət çəkir və ara-sıra qida üçün nəzərdə tutulmayan predmetləri də udur. Hazırda xəstə həkim nəzarətindədir.