Hakim ailənin 11 üzvü korrupsiyada şübhəli bilinərək saxlanıldı

© Sputnik / Murad OrujovАрест, фото из архива
Арест, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət başçısı korrupsiyaya qarşı mübarizə kampaniyasını elan edib

BAKI, 5 noyabr — Sputnik. Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdül Əziz Əl Səud hökumət strukturlarda sui-istifadələrə səbəb olan korrupsiyaya qarşı genişmiqyaslı kampaniyanın başlandığını elan edib.

Sputnik Azərbaycan bu barədə Report-a istinadən xəbər verir.

Monarxın sözlərinə görə, krallığın məsul orqanları "maliyyə fırıldaqlarındə və hakimiyyətdən sui-istifadə etməkdə ittiham edilənlərin tutulması üzrə silsilə kampaniyalar keçirəcək.

Noyabrın 4-də həmin gün yaradılmış Korrupsiyayla Mübarizə üzrə Ali Komitə hakim ailədən 11 şahzadəni, həmçinin bir neçə istefada olan, eləcə də hazırda vəzifədə olan naziri saxlayıb.

Daha əvvəl Səudiyyə kralı İqtisadiyyat, Milli Qvardiya nazirliklərinə və ölkənin Hərbi Dəniz Qüvvələrinə yeni rəhbərlər təyin edib.

Səudiyyə Ərəbistanının "Ədjil" xəbər portalı xəbər verir ki, hakim ailənin üzvlərindən biri qeyri-qanuni silah satışı sazişində, digəri isə saxta müqavilə imzalamaqda, daha bir şahzadə isə pulların "yuyulması" ittihamları üzrə həbs ediliblər.

Xəbər lenti
0