BAKI, 5 noyabr — Sputnik. Netflix şirkəti aktyor Kevin Speysini "Kartlardan qurulmuş ev" (House of Cards) filminin çəkilişlərindən kənarlaşdırıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "The Variety" yazıb.
Mənbə bu olayın aktyorun qovulması yolunda ilk addım olduğunu deyib.
Netflix Speysinin iştirakı ilə House of Cards-ın ardını çəkməyəcək. Həmçinin aktyorun çəkilməli olduğu Gore filminin istehsalı dayandırılıb.
Daha öncə House of Cards-ın 8 aktyoru anonim surətdə CNN-ə Speysinin onlara qarşı seksual zorakılığından danışıblar.
İlk olaraq Speysini ona qarşı seksual hərəkətlər etməkdə aktyor Entoni Repp günahlandırıb. Onun sözlərinə görə, 1986-cı ildə (Reppin 14 yaşı olanda) Speysi əyləncədən sonra onunla sekslə məşğul olmaq istəyib. Speysi bu hadisəni xatırlamadığını bildirib və Reppdən üzr istəyib. Həmçinin o, mavi olduğunu etiraf edib.
House of Cards-da Speysi siyasətçi Frenk Andervudu oynayır. Kevin Speysi Oskar, "Qızıl qlobus" və BAFTA mükafatlarının sahibidir.