Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Jiquli"lər toqquşdu, bir nəfər öldü

© Photo : REPORTДТП с летальным исходом
ДТП с летальным исходом - Sputnik Azərbaycan
Abunə olmaq
Ağcabədidə iki minik avtomobili toqquşub, ölən və yaralananlar var

BAKI, 5 noyabr — Sputnik. Ağcabədi rayonunda iki “VAZ” markalı avtomobil toqquşub.

APA-nın xəbərinə görə, hadisə rayonun Boyat kəndində baş verib.

Hadisə nəticəsində Boyat kənd sakini, 1979-cu il təvəllüdlü Mirzəyev Şamil Ramiz oğlu və 1997-ci il təvvəllüdlü Ağdam rayonu, Mahrızlı kənd sakini Məmmədov Rahib Sahib oğlu xəsarət alıb, bir nəfər isə həlak olub. 

Yaralılar Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, vəziyyətləri orta ağırdır. Qəza nəticəsində həyatını itirən şəxsin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0