BAKI, 4 noyabr — Sputnik. "28 May" NQÇİ-nin 14 nömrəli dərin dəniz özülündə qazmaçı köməkçisi dənizə düşüb.
SOCAR-ın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, noyabrın 4-də səhər saatlarında "28 May" NQÇİ-nin 14 nömrəli dərin dəniz özülündə qazmaçı köməkçisi işləyən 1958-ci il təvəllüdlü Əliyev Rasim İbrahim oğlu 262 saylı quyuda işləyən zaman dənizə düşüb. Qazmaçı operativ tədbirlər nəticəsində sudan çıxarılsa da, onun öldüyü məlum olub.
Hadisənin səbəbləri araşdırılır, əlavə məlumat veriləcəkdir.