CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Wikipedianı necə idarə etmək olar?

© BMT-nin İctimai İnformasiya DepartamentiVikipediyanın idarəolunması təlimi
Vikipediyanın idarəolunması təlimi - Sputnik Azərbaycan
Abunə olmaq
Təlim çərçivəsində "Vikipediyaçının köməkçisi" kitabçasının da təqdimatı keçirilib

BAKI, 4 noyabr — Sputnik. Gəncə və ətraf rayonlardan olan 50-yə yaxın gənc, müəllim və könülllü BMT-nin İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə 3 noyabr 2017-ci il tarixində Wikipedianın idarə olunmasına dair keçirilən təlimdə iştirak edib. Bu barədə Sputnik Azərbaycan-a BMT-nin İctimai İnformasiya Departamentindən məlumat verilib.

İştirakçılar fərdlər və təşkilatlar arasında əlaqələndirmə yolu ilə Wikipedia qlobal informasiya resursunda məqalələrin yerləşdirilməsinə dair biliklər əldə və regionun turizm marşrutları, tarixi və mədəniyyət abidələrinin Wikipediada təbliği yollarını müzakirə ediblər. Təlim kursunun daha bir məqsədi Azərbaycanda Wikipedia könüllülük hərəkatını dəstəkləməkdən ibarətdir.

Təlim çərçivəsində "Vikipediyaçının köməkçisi" kitabçasının da təqdimatı keçirilib. Kitabça BMTİP-in Azərbaycan nümayəndəliyi, Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Regional İnkişaf İctimai Birliyinin birgə həyata keçirdiyi Azərbaycanda İKT infrastrukturunun və İKT xidmətlərinin davamlılığının və səmərəliliyinin modernləşdirilməsi layihəsi çərçivəsində hazırlanıb.

Xəbər lenti
0