Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Sodalı su içsəniz…

© Sputnik / Konstantin Chalabov / Mediabanka keçidБутылки с минеральной водой, фото из архива
Бутылки с минеральной водой, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ayaq üstə durmaq da mədə yanğısına faydalıdır

BAKI, 4 noyabr — Sputnik. Mədə yanğısı hamının yaşadığı problemdir. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, xüsusilə, yağlı, ədbiyyatlı yeməklərdən sonra mədədə yanğı hiss yaranır.

Mütəxəssislərə görə, mədə yanğısı hiss etdiyiniz zaman enli geyimlər geyimləri kəmərinizi boşaltmalısınız. Çünki mədə yanması mədənizdəki maddələrin yemək borusundan yuxarı çıxması və bu maddənin içindəki turşunun hüceyrələrinizi yandırmasından irəli gəlir. Enli geyimləre mədə üzərindəki basqını azaldaraq rahatlaşmağınıza səbəb olacaq.

Ayaq üstə durmaq da mədə yanğısına faydalıdır. Çünki outran və uzanan zaman mədə yanğısı daha güclü ola bilər.

Питьевая вода, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Soyuq su içməyin 5 ziyanı

Mədənizdə güclü yanğı hiss etdiyiniz zaman sodalı su içmək yanğını azalda bilər. Sodalı su mədədəki turşunun bir qismini neytralşdıracaq. Bir stəkan suya bir çay qaşığı çay sodası əlavə edin və yavaş-yavaş için.

Saqqız çeynəmək də mədə turşusunu neytrallaşdırır. Çünki saqqız çeynəmək ağzı suyunu çoxaldır.

Siqaret çəkmək mədə yanğısını bir az da gücləndirir. Mədənizdə ağrı və yanğı varsa siqaretdən uzaq durmalısınız.

Əgər tez-tez mədə yanması problem ilə qarşılaşırsınızsa, yeməyi azaltmaslısınız. Məsələn yatmazdan ən az 3 saat əvvəl yemək yeməməlisiniz. Yedikdən sonra uzanmamalı, yağlı, ədviyyatlı yeməklərdən uzaq olmalısınız.

Əgər həftədə 3-4 dəfə mədə yanğısı yaşayırsınızsa, həkimə müraciət edin. Bu hərhansı ağır xəstəliyin əlaməti də ola bilər.

Xəbər lenti
0